Saytın hazırlanması başa çatdıqdan sonra texniki dəstək xidmətini təqdim edirik. Kənar saytlar iş qabiliyyətləri və təhlükəsizliyi yoxlanıldıqdan və müəyyən edilmiş problemlər aradan qaldırıldıqdan sonra texniki dəstək üçün tərəfimizdən qəbul edilə bilər.
Texniki dəstək çərçivəsində, mütəmadi olaraq bir sıra tədbirlər həyata keçiririk:
Sayt bölmələrinin işində səhvlərin izlənməsi və aradan qaldırılması
Sayta daxil edilmiş axtarış mexanzmin işindəki səhvlərin izlənməsi və aradan qaldırılması
Skriptlərin və kənar servislərin işindəki səhvlərin izlənməsi və aradan qaldırılması: slayderlər, qalereyalar, sosial şəbəkələr və xəritələrlə əlaqələr, API ilə qarşılıqlı əlaqələr və s.
Saytın məlum zəifliklərə və sındırılma cəhdlərinə qarşı müntəzəm skan olunması
Gizli reklam, virus frame-lərinin və zərərli kodların aşkarlanması və silinməsi
Saytın təhlükəsizliyinə təhdid yarandıqda proqram kodunda dəyişikliklərin edilməsi
Google PageSpeed Insights və YSlow tələblərinə uyğun olaraq saytın yüklənmə sürətini izləmək və tənzimləmək
İnternet texnologiyalarında və brauzerlərin işləməsində dəyişiklik olarsa proqram kodunda dəyişikliklərin edilməsi
Hostingin işləmək bacarığını izləmək və serverin proqram təminatını yoxlamaq
Serverdə proqram yeniləşməsi baş verəndə proqram kodunda dəyişikliklərin edilməsi
Google Search Console və Яндекс.Вебмастер tələblərinə uyğun olaraq axtarış mexanizmləri tərəfindən veb sayt səhifələrinin indeksləşdirilməsindəki səhvlərin izlənməsi və aradan qaldırılması
Seçilmiş dövrlükdə backup-ların (ehtiyat surəti) mütəmadi olaraq kopiyalanması (fayllar və verilənlər bazası) və, lazım gələrsə, onların əsasında saytın bərpası
Sayt ziyarətçilərinin davamiyyəti və fəaliyyəti haqqında hesabatların müntəzəm olaraq alınması
Texniki dəstəyin mövcudluğu, saytınızın istifadəyə verildikdən sonra uzun müddət işləməsinə zəmanət verir.
Formadakı sahələri doldurun və çalışın istəklərinizi mümkün qədər ətraflı izah edəsiniz. Əməkdaşlarımız müraciətinizlə tanış olduqdan dərhal sonra sizinlə əlaqə yaradacaqlar.