Qarşınızda tam miqyaslı onlayn mağazası yaratmaq durursa, o zaman biz sizə bunun həllini təklif edirik.
İşçilərinizin xüsusi bilik əldə etməsinə ehtiyac olmayacaq - dərhal kataloq kateqoriyalarının yaradılması və malların doldurulması prosesinə başlayacaqsınız.
Bundan sonra, çatdırılma şərtlərinə qərar verməli, plastik kartlarla ödəniş sistemlərinə qoşulmağı gözləməli və, nəhayət, siz sifarişləri qəbul etməyə hazırsınız.
Yaratdığımız onlayn mağaza ilə siz dərhal satışa başlayacaqsınız!
Biz dizayn seçimində və ya onun eksklüziv işlənməsində Sizə yardımçı olacağıq.
Ətraflı məhsul təsviri imkanları, Sizə hər hansı bir məhsul çeşidini əlavə etməyə imkan verəcəkdir.
Endirimlərin və aksiyaların çevik idarə edilməsi, təcili və müddətsiz kampaniyaların tənzimlənməsinə xidmət edəcək.
İnternet mağazanın tərkibində alış veriş üçün geniş yayılmış alətlər mövcuddur. Bunlar loyallıq proqramları daxil olmaqla, kuponlar, promokodlar və e-poçt yollamalardır.
Satışlar və ziyarətçilərin fəaliyyəti haqqında ətraflı hesabatlar əsasında dövrlər üzrə detallı təhlil aparılır.
Texniki baxımdan təklif edilən onlayn mağazalar, hazırladığımız veb saytların bütün üstünlüklərini özündə birləşdirir və axtarış sistemləri tərəfindən mükəmməl şəkildə indeksasiya olunur.
Aşağıdakı təsvirdə məhsulumuzun bütün xüsusiyyətləri və faydaları əks olunub.
Nümunə olaraq bəzi işlərimizi təqdim edirik:
BUTALI zinət əşyaları milli brendinin onlayn-mağazası
Concept Junior uşaqlar üçün Avropa brendlərin geyimləri və ayaqqabıları onlayn-mağazası
Onlayn konstruktorlardan fərqli olaraq, yaratdığımız onlayn mağazasına bütün lazımi imkanlar daxildir.
Bundan əlavə, biz onun funksionallığını genişləndirmək üçün daim çalışırıq.
Onlayn mağazanın işə salınmasından sonra texniki dəstək veririk: müntəzəm yoxlamalar əsasında serverdəki proqram təminatını yeniləyərkən dəyişikliklər edirik, yeni versiya brauzerlərdə təsvirlərin dəyişməsilə bağlı yaranan problemləri aradan qaldırırıq və yeni zəifliklərin ortaya çıxması ilə bağlı lazımi addımlar atırıq.
Uzun müddətli təcrübəmizdən istifadə edərək, SEO-irəlləyişi çərçivəsində, axtarış sistemləri nəticəsində layihənin ilk mövqelərdə çıxışına nail oluruq.
Bizə onlayn mağazanın işlənilməsini sifariş verin və qazanc əldə etməyə başlayın!
Formadakı sahələri doldurun və çalışın istəklərinizi mümkün qədər ətraflı izah edəsiniz. Əməkdaşlarımız müraciətinizlə tanış olduqdan dərhal sonra sizinlə əlaqə yaradacaqlar.