2003-cü ildə başlamış fəaliyytimizin əsas istiqaməti müxtəlif mürəkkəbli veb saytların hazırlanmasıdır. O vaxtdan bəri texnologiyalar və trendlər dəfələrlə dəyişib, yeni tələblər ortaya çıxıb və biz hər dəfə həyata keçirdiyimiz layihələrin dövrana cavab verməsi üçün öz üzərimizdə işləmişik.
Biz müştərinin layiqli imijini yaradan və statusunu vurğulayan müasir və keyfiyyətli saytlar hazırlayırıq.
Biz hər yeni layihə üçün eksklüziv müasir dizayn və orijinal proqram təminatı hazırlayırıq.
Tərtib etdiyimiz saytlar bütün növ qurğu və cihazlarda istifadə etməyə rahatdır.
Biz işləməyə tam hazır olan və bütün təhlükəsizlik tələblərinə cavab verən etibarlı həll təhvil veririk.
Layihələrimiz texniki cəhətdən düzgün qurulur və axtarış mexanizmləri ilə mükəmməl indeksasiya olunur.
Səhifələrin quruluşunu W3C təsdiqləyicisi vasitəsilə sınaqdan keçiririk
Google Structured Data Testing Tool köməyilə axtarış sistemləri üçün micro-data-nı nişanlayırıq
Google PageSpeed Insights və YSlow-da yükləmə sürətini ölçürük
indeksləşdirmənin düzgünlüyünü və müxtəlif qurğularda adaptasiyasını Google Search Console və Яндекс. Вебмастер-də yoxlayırıq.
Təvazökarlıqdan uzaq olsa belə deyə bilərik ki, yerinə yetirdiyimiz işlər öz səviyyəsinə görə saytların yaradılması sahəsində bir nümunə ola bilər.
Məlumatın təqdim etməsinin müxtəlif formalarından düzgün istifadə edildiyinə görə, bizim tərəfimizdən yaradılan veb sayt, Müştərinin mal və xidmətlərinin tanıtma sahəsində marketinq fəaliyyətinin nümayişi üçün əlverişli bir platformaya çevriləcəkdir.
İnternet mağazaların işlənib hazırlanması müvafiq məhsul səhifəsində ətraflı təsvir edilmişdir.
Layihə təhvil verildikdə mütəxəssislərimiz onun istifadəsi ilə bağlı təlimlər keçirirlər: nəticədə saytın idarə edilməsi üçün Müştəri tərəfindən əlavə mütəxəssislərin cəlb edilməsinə ehtiyac olunmur.
Vebstudiyamızda hazırlanan sayt idarə və istifadə etmək üçün çox asandır.
Təhvil verildlkdən sonra saytların "işləmə" təcrübəsini həyata keçiririk: saytın istifadəyə verilməsindən 1-2 ay sonra Müştəri kiçik düzəlişlər tələb edə bilər.
Aşağıdakı təsvir məhsulumuzun bütün xüsusiyyətlərini və üstünlüklərini ətraflı şəkildə izah edir.
Nümunə olaraq bəzi işlərimizi təqdim edirik:
AzVirt MMC-nin korporativ saytı
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzinin saytı
"Camal LTD" şirkətinin "Iceland" ticarət nişanının sayt kataloqu
"İsmayıllı Şərab 2" şərab zavodunun və "Chabiant" şərab brendinin saytı
"LABSERVIS LTD" şirkətinin korporativ saytı
Nəticədə, iş başa çatdıqdan sonra, Müştəri onun biznesini İnternetdə təqdim edən və satış səviyyəsini artıran çevik bir instrument vasitəsi əldə edir.
Studiyamızda Android və iOS əməliyyat sistemləri üçün veb saytın və tətbiqlərin birgə istehsalı üçün xüsusi təklif мövcuddur.
Saytı işə saldıqdan sonra biz texniki dəstək göstəririk: müntəzəm yoxlamalar əsasında serverdəki proqram təminatını yeniləyərkən dəyişikliklər edirik, yeni versiya brauzerlərdə təsvirlərin dəyişməsilə bağlı yaranan problemləri aradan qaldırırıq və yeni zəifliklərin ortaya çıxması ilə bağlı lazımi addımlar atırıq.
Uzun müddətli təcrübəmizi istifadə edərək, SEO-irəlləyişi çərçivəsində axtarış sistemləri nəticələrində saytın ilk mövqelərdə çıxışına nail oluruq.
Yaradılma zamanı qoyulan təməl, layihələrin daha da inkişaf etdirilməsi və təkmilləşdirilməsi üçün şərait yaradır.
Veb saytınızın bizim studiyada hazırlanmasını sifariş edin və nəticədə uzun müddətli səmərəli sərmayə əldə edin!
Formadakı sahələri doldurun və çalışın istəklərinizi mümkün qədər ətraflı izah edəsiniz. Əməkdaşlarımız müraciətinizlə tanış olduqdan dərhal sonra sizinlə əlaqə yaradacaqlar.